Harri Stayles konserti ilə rekord qırır

12:06 31.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Harri Stayles həftəsonu Edinburqda verdiyi konsertdə Şotlandiyanın ən böyük tamaşaçı kütləsini yığaraq tarix yazıb.

Hafta.az-ın “Daily Mail”a istinadən yazdığına görə, mayın 27-də keçmiş One Direction ulduzunun çıxışını izləmək üçün 65 mindən çox fanat toplaşıb. Rekord qıran konsert 67 min nəfər tutumlu Murrayfield Stadiumunda keçirilib.

Konsert təşkilatçıları DF Concerts & Events və BT Murrayfield tərəfindən edilən rəsmi açıqlamada, "Şənbə gecəsi təşkil edilən Harri Stayles konserti 65 mindən çox tamaşaçı ilə Şotlandiyada bu günə qədər ən çox satılan stadion konserti oldu" ifadələri işlədilib.

Stayles, təxminən iki il əvvəl Las-Veqasdakı MGM Grand Garden Arenada başlayan 169 konsertlik nəhəng turunun son mərhələsinə yaxınlaşır.

İngiltərə, İrlandiya, Uels və Avropanı da əhatə edən turun iyulun 22-də İtaliyanın Reggio Emilia şəhərindəki RCF Arenada başa çatacağı gözlənilir.

Oxunma sayı 262