Hazırda Bərdə rayonu tam olaraq təbii qazla təmin edilir - “Azəriqaz”

11:33 06.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azəriqaz” İstehsalat Birliyində yaradılan qərargah Bərdə rayonunun qaz təchizatı ilə bağlı yeni məlumat yayıb.

Birlikdən hafta.az-a bildirilib ki, oktyabrın 5-də saat 15:15-də Bərdə rayonu üzrə qaz təsərrüfatına baxış keçirilərək Bərdə şəhəri və 16 yaşayış məntəqəsinin təbii qaz təchizatı bərpa olunub. Beləliklə, hazırda Bərdə rayonu tam olaraq təbii qazla təmin edilir.