Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, dünyada hər həftə təxminən 1700 nəfər “Covid”dən ölür və yoluxma riski yüksək olan insanları virusa qarşı peyvənd olunmağa davam etməyə çağırıb.
Hafta.az-ın yazdığına görə, ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus peyvəndlərdən qorunmanın azalması təhlükəsi barədə xəbərdarlıq edib.
Mətbuat konfransında Ghebreyesus bildirib ki, ölüm halları qeydə alınmağa davam etsə də, məlumatlar infeksiyaya yoluxma riski yüksək olan qruplar arasında olan tibb işçiləri və 60 yaşdan yuxarı insanlar arasında vaksinlərlə qorunmanın azaldığını göstərir.
Qebreyesus deyib: "Ümumdünya Səhiyyə Təşkilatı yoluxma riski yüksək olan qruplardakı insanlara (Covid-19) peyvəndini son dozadan sonra 12 ay ərzində almağı tövsiyə edir. ÜST-ə koronavirus səbəbiylə 7 milyondan çox insanın öldüyü bildirildi, lakin epidemiyanın real sayının daha çox olduğu güman edilir”.
İqtisadiyyatları çökdürən “Covid” virusu səhiyyə sistemlərini iflic edib.
Tedros, virusun ilk dəfə 2019-cu ilin sonunda Çinin Uhan şəhərində aşkarlanmasından təxminən 4 il sonra - 2023-cü ilin may ayında qlobal sağlamlıq üçün fövqəladə vəziyyət kimi “Covid-19”un sonunu elan edib.
ÜST hökumətləri virusların monitorinqini və qeydə alınmasını davam etdirməyə, etibarlı və sərfəli testlərə, müalicələrə və peyvəndlərə çıxışı təmin etməyə çağırıb.