Hindistanın ən böyük əyalətlərindən olan Qərbi Benqaliyada "Kerala hekayəsi" filminin nümayişi müsəlmanlara qarşı təbliğatı təbliğ etdiyi və sosial nifrətin qızışdırıldığı iddiası ilə yasaqlanıb.
Hafta.az-ın “İndia Today”a istinadən yazdığına görə, bu filmdə Hindistanın Kerala əyalətindən 32 min hindu və xristian qadının İslamı qəbul etməsi və onlardan bəzilərinin İŞİD-ə qoşulması təsvir edilir.
Filmin ilk hind treyleri "evlərini tərk edən minlərlə qadın səhralarda basdırıldı" ifadələrini ehtiva edərkən, reaksiyadan sonra film Keraladakı üç qadının hekayəsini izah etmək üçün düzəldilib.
Filmin bağlanış ekranında deyilir: "Film Kerala və Manqalorda İslam dinini qəbul etdikdən sonra evlərinə qayıtmayan minlərlə qıza həsr olunur".

Filmin Qərbi Benqal və Tamil Nadu ştatlarında zorakılığın qarşısını almaq üçün bəzi kinoteatrlar tərəfindən ləğv edildiyi bildirilib. Bununla belə, hakim sağçı Bharatiya Janata Partiyasının rəhbərlik etdiyi Uttar Pradeş və Madhya Pradesh ştatları əks mövqe tutaraq filmin "vergidən azad" olacağını açıqlayıb. Uttarankal əyalətinin də analoji addım atacağı gözlənilir.
Mövzu ilə bağlı açıqlama verən Hindistanın İnformasiya və Nəşriyyat naziri Anuraq Takur filmin İŞİD-in gerçəkliyini ortaya qoyduğunu, filmə qadağa qoyan Qərbi Benqal rəhbərliyinin qadınları sevgi ilə aldadan terror təşkilatına qarşı mövqe tutduğunu bildirib.
Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Sudipto Sendir. “The Kerala Story” filmində baş rollarda Adah Şarma, Yogita Bihani, Siddhi İdnani və Sonya Balani çəkilib.