Hollivud ulduzu filmə çəkilərkən məcburən iki tarakan yediyini deyib

14:15 17.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nikolas Keyc 1988-ci ildə çəkilmiş “Vampirin öpüşü” filmində tarakan yeməyindən danışıb.

Hafta.az-ın “Yahoo Entertainment”ə istinadən yazdığına görə, aktyor Keycdən “Renfild”dəki həmkarı Nikolas Houlta həşərat yemək məsləhəti verib-vermədiyini soruşublar. Çünki Hoult obrazı da filmdə böcək yeyir.

Sualdan sonra Hollivud ulduzu “Vampirin öpüşü”ndə həqiqətən iki tarakan yediyini söyləyib: “Çünki rejissor məni ələ salmışdı”.

Houlta məsləhət vermədiyini bildirən 59 yaşlı aktyor deyib ki, o, kartof böcəyini yeyib və bununla da biznesi başqa səviyyəyə qaldırıb. Hoult deyir ki, kartof böcəyini seçib, çünki tarakanlar kartof böcəklərindən daha iyrəncdir.

Keyc sözlərini bu ifadələrlə davam etdirdi: “Amma o, əsl kartof böcəyi yedyib, bu da məni qorxudur. Tarakanlar da belədir. Mən bunu bir daha etməyəcəyəm. Yediyimə peşmanam”.

Rejissoru Robert Bayerman olan "Vampirin öpüşü" filmi Raçel (Cennifer Beals) tərəfindən dişləndikdən sonra vampirə çevrildiyini düşünən iş adamı Piter Lövün (Nikolas Keyc) izləyir.

Keyc filmin DVD-sinin şərh bölməsində xarakterinin əvvəlcə çiy yumurta yeyəcəyini, lakin daha çox diqqət çəkəcəyi üçün tarakanları seçdiyini izah edib. Keyc həmçinin qeyd edib ki, rejissor səhnəni bir daha çəkmək istədiyi üçün iki böcək yeyib, lakin filmdə birinci səhnədən istifadə olunub.

Rejissoru Kris McKay olan “Renfild” illərlə ustası Drakula (Nikolas Keyc) tərəfindən işgəncələrə məruz qalan, lakin ona sadiq olan qulluqçu Renfeyldin (Nikolas Hoult) hekayəsindən bəhs edir.

Qan və hərəkətlərlə yanaşı, absurd yumordan da istifadə edilən film aprelin 14-də nümayiş etdirilib.