Hollivud ulduzu Russell Krou "Qladiator 2" filmini qısqanır

11:00 11.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hollivud ulduzu Russell Krou onu bütün dünyada məşhurlaşdıran "Qladiator 2" filmi ilə bağlı hisslərini bölüşüb.

Hafta.az-ın “Collider”ə istinadən yazdığına görə, aktyor verdiyi müsahibəsində filmə "bir az qısqanc" qaldəğənə bildirib.

2000-ci ildəki istehsalı ilə “Ən Yaxşı Aktyor” Oskarını qazanan Kroudan yeni filmdə görmək istədiyi elementin olub-olmadığı soruşulub. Avstraliyalı ulduz bu sualın cavabını bilmədiyini və aradakı müddətdə hər iki filmin rejissoru Ridley Skottun filmin daha yaxşı olması üçün lazımi hazırlıqları gördüyünə əmin olduğunu bildirib.

Hollivud ulduzu "Bu barədə həqiqətən hiss etdiyim tək şey bir az qısqanclıqdır, bilirsinizmi?" deyib. “Gladiator”un çəkildiyi dövrdə gənc olduğunu və böyük təcrübə qazandığını bildirən Krou sözlərini belə davam etdirib: “Bu, həyatımı həqiqətən dəyişdirən bir şeydir. Bu, insanların mənə baxış tərzini və yaşayış üçün etdiklərimi dəyişdi”.

Krou, filmin təxminən 24 il əvvəl çəkilməsinə baxmayaraq, hələ də tamaşaçıların rəğbətini qazandığını iddia edib: “Mən zəmanət verirəm ki, "Qladiator" bu axşam dünyanın bir yerində yayımlanacaq. Çəkdiyin filmlər həmişə o qədər də uzunömürlü olmur. Odur ki, filmin ürəyimdə xüsusi yeri var”.

Krounun həyat verdiyi “General Maximus” filmindəki performansına görə Oskar mükafatına namizəd olan Pol Meskal Krounun canlandırdığı General Maksimusun ölümündən 30 il sonrasını anlatacaq "Qladiator 2" filmində baş rolu oynayır. Burada Meskal Maksimusun və sevgilisi Lucillanın (Connie Nielson) oğlu Lukayus rolunu oynayacaq. Rollarda Denzel Vaşinqton və Barri Keoqan kimi adlar da var.

“Qladiator 2” filminin 22 noyabr 2024-cü ildə kinoteatrlarda nümayişi planlaşdırılır.