İki əsas magistarlında sürət həddi endirildi 

11:00 09.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtda müşahidə olunan faktiki hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən hafta.az-a verilən məlumata görə, paytaxtın digər küçə və prospektlərində isə nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə olunur.

Agentlik bir daha hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir: "Sürücülərdən xahiş edirik ki, meterioloji amilləri nəzərə alıb sürət həddinə əməl etsinlər".

 

Qeyd edək ki, adi günlərdən fərqli olaraq şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb.