İstanbul Musiqi Festivalı sabahın qadın ulduzlarına dəstək verir

11:17 25.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbul Musiqi Festivalı Türkiyə Sənaye İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “Sabahın Qadın Ulduzları: Gənc Qadın Musiqiçilərə Dəstək Fondu”na müraciətlərin qəbuluna başlayıb.

Hafta.az-ın yazdığına görə, layihə çərçivəsində xaricdə bakalavr və ya magistratura səviyyələrində musiqi məktəbinə qəbul olunmuş, musiqi təhsilini xaricdə davam etdirən, beynəlxalq müsabiqələrdə iştirak etmək və ya alət almaq üçün dəstək axtaran xanım musiqiçilər müraciət edə bilərlər.

Müraciətlər martın 15-i saat 17.00-dək qəbul olunacaq. Ətraflı müraciət şərtləri və spesifikasiyasına daxil olmaq üçün muzik.iksv.org/tr/yarinin-kadin-yildizlari/about linkinə daxil ola bilərsiniz.