İstanbulda Ayasofyadan sonra məscidə çevrilən əhəmiyyətli tarixi əsərlərdən biri olan Kariyenin müsəlmanların ibadəti üçün açılışı olub.
Hafta.az-ın yazdığına görə, İstanbulun Ədirnəkapı səmtindəki əvvəllər kilsə olmuş tarixi Kariye Muzeyi prezident Ərdoğanın telekonfransla qatıldığı tədbirlə ibadətə açılıb.
Vəqf Həftəsi 100-cü ildönümünə özəl 201 əsərin toplu açılış mərasimində İstanbul valisi Davud Gül, Fatih Bələdiyyə Başçısı Məhmət Ergün Turan, İstanbul vilayət müftisi Safi Arpaquş, İstanbul Vəqfləri Birinci Regional müdiri Yavuz Güner və İstanbul Vilayət Mədəniyyət və Turizm İdarəsinin müdiri Coşqun Yılmaz da iştirak ediblər.
Ərdoğana Kariye məscidi ilə bağlı məlumat verən İstanbul Vilayət Müftisi Safi Arpaquş, “79 ildən sonra Kariye məscidimiz Vəqflər Ümumi Müdirliyimiz tərəfindən bərpa edilərək ibadət üçün açılır. Ayasofya məscidindən 79-80 il sonra əvvəllər məscid kimi istifadə edilən və 1947-ci ildən sonra muzeyə çevrilən bu məscid vəqflərimizin səyi və dəstəyi ilə yenidən təmir olundu və inşallah bu gün İstanbulumuzda yenidən ibadət üçün açılacaq və möminlərlə görüşəcək" deyib.
İstanbulun Fatih rayonunun Ədirnəkapı səmtində yerləşən və 6-cı əsrdə inşa edilən Kariye kilsəsi İstanbulun fəthindən sonra Sultan II Bəyəzidin baş vəzirlərindən olan Atik Əli Paşa tərəfindən tərəfindən 1511-ci ildə məscidə çevrilib. 1948-ci ildə dövrün Muzeylər İdarəsinə tabe edilərək muzeyə çevrilən Kariye, qanuni proseslərdən sonra Prezidentin 1 avqust 2020-ci il tarixli Sərəncamı ilə yenidən məscidə çevrilib. Bu qərardan sonra məsciddə bərpa işlərinə başlanılıb və 4 il sonra tamamlanıb.