İstanbulda yağan yağışlar səbəbindən yüzdə 83-ə yüksələn bəndlərin doluluq nisbətləri havaların istiləşməsi ilə azalmağa başlayıb.
Hafta.az-ın yazdığına görə, hazırda meqapolisdə bəndlərin doluluq nisbəti 64,72 faizdir.
İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatlarına görə, meqapolisdə bəndlərin orta doluluq nisbəti iyulun 13-də 65,11 faizkən cəmi bir gün sonra 64,72 faizə düşüb.
Bəndlərdə ən yüksək su miqdarı 76,6 faizlə Terkos, ən az su miqdarı isə 34,65 faizlə Əlibəy anbarı olub.
İSKİ-nin məlumatına görə, 8 iyul tarixinə İstanbulda bənd doluluq nisbətləri belədir:
Əlibəy anbarı 34,65 faiz, Büyükçəkməcə anbarı 60,79 faiz, Darlık anbarı 65,49 faiz, İstrancalar anbarı 36,34 faiz, Kazandərə anbarı 41,17 faiz, Elmalı anbarı 66,6 faiz, Ömərli anbarı 72,93 faiz, Pabuçdərə anbarı 48,39 faiz, Sazlıdərə anbarı 55,62 faiz, Terkos anbarı 76,6 faiz.