Dünyada məşhur K-Pop qrupu BTS-in üzvü Jimin yeni solo albomu "Face" ilə fırtınalar coşdurur. Jimin albomdakı "Like Crazy" mahnısı ilə "Billboard Hot 100"də bir nömrədə debüt edib. 27 yaşlı ulduz siyahıya başçılıq edən ilk Cənubi Koreyalı müğənni olub.
Hafta.az-ın "The Guardian"a istinadən yazdığına görə, beləliklə, "Like Crazy" 8 həftədir zirvəni itirməyən Miley Cyrusun "Flowers" mahnısını geridə qoyub.
Jimin bu uğurunu İnstaqramda 49 milyondan çox izləyicisi ilə paylaşaraq qeyd edib.
"Like Crazy" həmçinin Billboard-un Dünya Rəqəmsal Mahnı Satışları cədvəlində də birinci olub.
Martın 24-də işıq üzü görən "Face" həmçinin "Billboard 200" albom cədvəlində ikinci yerdədir. Beləliklə, Jimin həmkarı BTS üzvü RM-i geridə qoyaraq siyahının zirvəsinə yüksələn Cənubi Koreyalı müğənni olub. RM-in "Indigo" albomu ardıcıl olaraq üçüncü sıraya yüksəlib.
7 üzvdən ibarət BTS ilk dəfə Asiyadan ABŞ və Avropaya yayılan K-Pop hərəkatının ən məşhur nümayəndələrindən biridir.
Cənubi Koreya qanunlarına görə əsgərlik yaşında olan qrup üzvləri məcburi vəzifələrini yerinə yetirməyə getdiyi üçün BTS ötən il birlikdə son konsertini vermişdi.
Qrup üzvləri 2025-ci ilə qədər musiqi təhsillərini fərdi şəkildə davam etdirəcəklərini açıqlayıblar.
BTS 2,5 il əvvəl "Billboard Hot 100" siyahısının zirvəsinə yüksələn ilk beynəlxalq və Cənubi Koreya qrupudur.