Koreya Azərbaycanda kəhrizlərin bərpasına 1.2 milyon dollar ayırıb

12:02 26.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koreya hökuməti Azərbaycanda kəhrizlərin bərpası layihəsinə 1.2 milyon dollar vəsait ayırıb.

Hafta.az-ın məlumatına görə, bunu “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş beynəlxalq konfransda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə Direktoru Moon Jong Hyun deyib.

O bildirib ki, bu layihə tamamlandıqdan sonra 8 min məcburi köçkün öz yurd-yuvalarında təmiz su ilə təmin olunacaq

 

Oxunma sayı 114