“Koronavirusa yoluxan xəstələrin vəziyyətində ağırlaşma yoxdur” - TƏBİB 

11:34 01.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda koronavirus aşkarlanmış 3 xəstənin vəziyyətində ağırlaşma yoxdur”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda xəstələrin vəziyyəti stabildir.

TƏBİB rəsmisinin sözlərinə görə, koronavirusa yoluxan yeni  xəstə yoxdur.

Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.

Digər şəxslərdən 17 iyul 1973-cü iı təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.

29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs də fevralın 26-da xəstəxanaya yerləşdirilib və Qum şəhərindən gəlib.