Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın koronavirusla bağlı bəzi ölkələrlə sərhədləri bağlana bilər.
Hafta.az-ın məlumatın görə, bu haqda Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.
Y.Qarayevanın sözlərinə görə, hazırda bu istiqamətdə tədbirlər görülür:
"Azərbaycana koronavirusun keçməsinin qarşısının alınması üçün bütün lazımi addımlar atılır. Azərbaycanın bu xəstəlik aşkarlanan ölkələrlə sərhədi bağlaması istiqamətində çox yüksək səviyyədə danışıqlar aparılır. Danışıqların nəticəsi olaraq bu barədə qərar veriləcək".