Səudiyyə Ərəbistanı Dəvə Federasiyası Kral Salman Dəvə Festivalının gələn fevral ayında ilk dəfə Ər-Riyadın Cənadiriyyə meydanında keçiriləcəyini, dünyanın hər yerindən ən sürətli dəvə sahiblərinin iştirak edəcəyi festivalda 70 milyon rialdan çox mükafat veriləcəyini açıqlayıb.
Hafta.az-ın SPA-ya istinadən yazdığına görə, Səudiyyə Ərəbistanının idman naziri şahzadə Əbdüləziz bin Turki əl-Feysəl festivalı təsdiqlədiyi üçün Kral Salman bin Əbdüləzizə təşəkkür edib. Nazir bu təsdiqin Səudiyyə Ərəbistanı Krallığının xüsusilə babaların idmanından aldığı səxavətli və qeyri-məhdud dəstəyin bir uzantısı olduğunu bildirib.
Səudiyyə Ərəbistanı Dəvə Federasiyası İdarə Heyətinin sədri şahzadə Fəhd bin Cəlavi də Kral Salmanın adını daşıyan dəvə festivalının təşkilinə razılığın bu unikal idman növünün bütün üzvləri üçün şərəf və dəvə idmanı sektoruna verilən sonsuz dəstəyin simvolu olduğuna diqqət çəkib.