Yazını böyüt
Yazını kiçilt
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin götürülüb.
Davam etdirilən tədbirlərlə onun Kürdəxanı qəsəbəsindəki evindən 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.