Yazını böyüt
Yazını kiçilt
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubundan ayrılmaq barədə düşünür.
Hafta.az xəbər verir ki, forvard artıq yeni komanda axtarışındadır.
Məlumata görə, Emreli son matçlarda heyətə düşə bilmədiyi üçün fikrini qətiləşdirib.
Hətta təklif olmayacağı təqdirdə qış transfer dönəmində müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etməyi də nəzərdən keçirir.
Qeyd edək ki, Azərbaycanlı forvard yayda “Nürnberq”dən “Kayzerslautern”ə keçib.