Mahsun Kırmızıgül yeni layihəsi ilə ekranlara qayıdır

09:05 06.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mahsun Kırmızıgül uzun illərdən sonra serial çəkməyə hazırlaşır. Musiqiçi, rejissor, ssenarist və aktyor kimi tanınan Kırmızıgül, Murat Tokatla ortaq olaraq “Siz Film” vasitəsilə yeni layihələr həyata keçirəcək. Serialın adı "Gözəl atlar diyarı" olacaq.

Hafta.az-ın yazdığına görə, serialda aktyor heyətinin ilk adı Halil Ergünü açıqlanıb. Ergün bu layihə ilə uzun fasilədən sonra ekranlara qayıdacaq. “Gözəl atlar diyarı”nın çəkilişləri İstanbul, Diyarbəkir, Qara dəniz və Kapadokyada aparılacaq, serialın tezliklə çəkilişlərə başlaması gözlənilir.

“Kanal D”də yayımlanacaq serialın prodüser ortaqlığını isə təcrübəli prodüser Fatih Aksoy üzərinə götürəcək. Mahsun Kırmızıgülün bu yeni layihəsi kino və televiziyadakı uğurlarından sonra tamaşaçılar tərəfindən maraqla gözlənilir.

Oxunma sayı 192