Marketlərdə operativ qərargahın tələblərinə necə riayət edilir?- Reportaj

12:15 16.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına əsasən bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınmış və 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi nəzərdə tutulub.

Həmin tədbirlərdə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir. Bu istiqamətdə müvafiq dövlət strukturları arasında aparılmış müzakirələr əsasında koronavirus infeksiyası ilə mübarizə çərçivəsində alış-veriş mərkəzlərinin fəaliyyətini tənzimləyən aşağıdakı qaydalar müəyyən olunur:

Girişlərdə hərarət ölçmə qurğularının istifadəsilə bütün daxil olanların hərarətinin yoxlanılması (parklanma girişləri daxil olmaqla);

Xidmət göstərən personalın xüsusi geyim vasitələri ilə təmin edilməsi;

Alış-veriş mərkəzlərində mütəmadi gigiyena qaydaları ilə bağlı səsli anonsların

Evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması;

Kassa qarşısında və ya digər yerlərdə növbələrin vətəndaşlar arasında iki metrlik məsafə saxlanılmaqla təşkil edilməsi;

Vətəndaşlara sms vasitəsilə atılacaq addımlar və mövcud məhdudiyyətlər

Bəs marketlərdə bu qaydalara əməl olunurmu?

Hafta.az Bakıda fəaliyyət göstərən  marketlərdə sorğu keçirib. Bəzi marketlərdə bir sıra qaydalara əməl olunsa da, bir çoxları hələ ki, bu qaydalara uyğun addım atmayıb:

“Rahat” marketin İnşaatçılar filialının girişində əllər dezinfeksiya olmadan içəri buraxılmadığının şahidi olduq.

Dezinfeksiya edən şəxs özü də tibbi maskadan istifadə edir:

“Qaydalar açıqlandıqdan sonra müdiriyyət tərəfindən bütün işçilərə tapşırıq verilib. Həmçinin girişdə gördüyünüz kimi marketə daxil olan müştərilərimizin təhlükəsizliyi üçün əlləri dezinfeksiya olunur. Ola bilsin, bundan məmnun olmayan müştərilərimiz də olsun, ancaq biz onların fikrinə hörmətlə yanaşırıq. Buna baxmayaraq qaydalara da əməl olunsun deyə, deyiləni edirik. Market işə başlayan saatdan bütün günü bu proses davam edəcək”.

Kassada dayanan işçilər isə tibbi maskadan istifadə etmirlər. Bəs belə bir tapşırığın olduğu təqdirdə niyə istifadə etmədiklərinə isə deyirlər ki, əslində maska taxırıq. Amma o maska iki saatlıq qoruyur. Yenisi gələcək: ”İstifadə olunan artıq atılıb. Market rəhbərliyi işçilərə yenisinin paylanması üçün göstəriş verib. İstifadə etdiyimiz maskalar gün ərzində dəyişilir”.

Daha bir marketdə olduq. “Bizim" marketdə isə girişdə əllərin dezinfeksiyası üçün spirt qoyulsa da, müştərilərin girişi zamanı demək olar istifadə edilmir:

Marketin müdir müavini isə deyir ki, qaydalara çalışıb əməl edəcəyik:

“Ola bilsin işçi harasa getməli olub. Biz indicə yenisi ilə əvəz edəcəyik. Amma kassada çalışan işçilərimizin ağzında daimi maska var. Tez-tez kassaya özüm yaxınlaşıb nəzarət edirəm. Müştərilərin kassadan ara məsafə saxlaması üçün çağrış edirəm. Bəzən buna əməl etməyənlər də olur. Hamı sözü eyni qəbul etmir. Müştərilər özləri də təhlükəsizlikləri barədə qaydalara əməl etməlidirlər”.

“OBA” marketdə isə kassada çalışan xanım maska taxsa da qaydalar çərçıvəsində deyil. Girişdə isə əllərin dezinfeksiyası üçün iş aparılmır.

Satıcı Aydan xanım isə deyir ki, müdiriyyət gedib ki, maska və spirt gətirsin:

“Artıq bir azdan o qaydalara əməl olunacaq. Biz özümüz də istəyirik ki, maska olsun və müştərilər də içəri daxil olanda dezinfeksiya əlləri edilsin. Çünki açıq satılan mallar da var. Tez-tez əllərini vururlar”.

Qeyd edək ki, AQTA-nın qaydalarında ərzaqların onlayn sifariş olunması da var ki, vətəndaş marketdən ərzaq sifariş edə bilər. Olduğumuz marketlərdə hələ ki, “onlayn” və “sms” vasitəsi ilə ərzaq sifariş verən müştərilərin olmadığını bildirdilər.

Dünyada da koronavirus təhlükəsi ilə bağlı tədbirlər görülür. Belə ki, İtaliyada koronavirus təşvişindən dolayı İtaliya dövləti sərt tədbirlər planı hazırlayıb. Ölkədə karantinə alınmağını istənməyənləri həps edəcəyi qərarını açıqlayıb. Bundan əlavə supermarketləri və xəstəxanaları əskərlər qoruyacaq.

Türkiyədə COVİD-19 virusu yayılandan sonra insanlar marketlərə axın ediblər. İstanbul və İzmirdə fəaliyyət göstərən marketlərdə insan izdihamı yaşanıb. Ən çox un və makaron tədarükü görən vətəndaşlar bəzən marketdən əliboş da dönürlər. Türkiyə dövləti insanların daha çox getdiyi yerlərdən biri marketlərin olduğunu nəzərə alaraq qabaqlayıcı tədbirlər görməyə başlayıb. Girişlərdə insanların hərarətləri xüsusi aparatlarla yoxlanılır, əllər dezinfeksiya olunduqdan sonra marketlərə buraxılır. 

 

Oxunma sayı 653