Masallıda əkin sahələrini su basıb

14:30 28.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallının Xallıcallı kəndində əkin sahələrini su basıb.

Hafta.az xəbər verir ki, kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, dağlarda əriyən qar Viləşçay vasitəsilə Xallıcallı kəndində əkin sahələrini basıb, hektarlarla taxıl sahəsi suyun altında qalıb.

Hazırda suyun yaşayış evlərinin yaxınlığında toplanması həyətyanı sahələrə keçmə təhlükəsi yaradır.