Maya mədəniyyətinə aid 2 min illik daş lövhə tapıldı

10:30 13.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Meksikada apardıqları qazıntı işləri zamanı arxeoloqlar mayaların oynadıqları “pelota” adlı kollektiv oyuna aid olduğu güman edilən “hesab lövhəsi” aşkar ediblər.

Hafta.az-ın iNews-a istinadən yazdığına görə, dairəvi daşın üzərində müxtəlif formaların həkk olunduğu tablonun ən azı 1200 il yaşının olduğu təxmin edilir. Təxminən 40 kiloqram ağırlığında olan daşın mərkəzində başlarında naxışlarla işlənmiş papaqlar olan iki oyunçu fiquru var. Mütəxəssislər fiqurların ətrafındakı heroqlif yazının mənasını deşifrə etmək üçün daş üzərində işləyirlər.

Chichen İtza arxeoloji sahəsində Casa Colorado (Qırmızı Ev) adlı arxeoloji quruluşda tapılan daşın 800-cü illərin sonu və ya 900-cü illərin əvvəlləri kimi bir dövrə aid olduğu düşünülür. Mütəxəssislər hesab edirlər ki, "hesab tablosu" Casa Colorado-nun girişindəki tağda asılıb, lakin keçid çökən zaman torpağın altında qalıb. 40 kiloluq daş torpağın yarım metr altında və başıaşağı tapılıb.
Arxeoloq Fransisko Perez Ruayz tapıntının əhəmiyyətini qeyd edərək deyib: "Mayaların bu yerdə heroqlif yazısına nadir hallarda rast gəlinir. Hətta bütün mətni tapmaq daha nadirdir. Bu, 11 ildə heç vaxt baş verməyib".

Komandalarda icra edilən "pelota" rezin topla oynanılır və Mərkəzi Amerikada 3 min illik tarixə malikdir.