Mədəniyyət küçəsinin adına yaraşmayan durumu - FOTO

15:23 11.02.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Mədəniyyət küçəsi mövcuddur. Yanılmadınız, küçənin adı məhz Mədəniyyətdir.  Lakin buradakı antisanitar vəziyyət heç də küçənin adına yaraşmır.

Belə ki, 5 saylı Uşaq İnfeksion Xəstəxanası ilə üzbəüz pivəxana fəaliyyət göstərir. Antisanitar şəraitində fəaliyyət göstərən iaşə obyektinin  arxa tərəfi isə böyük zibilxanaya çevrilib.

Sakinlərin dediklərinə görə, “Mədəniyyət küçəsi” adlanan həmin ərazinin təmizlik işlərinə  39 saylı Mənzil Kommunal İstismar Sahəsi baxır. Adıçəkilən qurumun işçiləri gəlib nə ərazinin təmizliyi ilə məşğul olur,  nə də ki, ərazidə yığılıb qalmış zibili təmizləmirlər. Sakinlər yaranmış antisanitar vəziyyətin aradan qaldırılmasını istəyirlər.

Oxunma sayı