Məhkəmə hökm verdi: "Cem Karacanın Gözyaşları" çəkiləcək

10:00 21.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

19 il əvvəl dünyasını dəyişən ustad sənətçi Cem Karacanın musiqi səyahətini və şəxsi mübarizəsini böyük ekranlara çatdırmaq məqsədi daşıyan "Cem Karacanın Gözyaşları" filminin çəkilişlərinin qarşısını almaq üçün açılan məhkəmə prosesi yekunlaşıb.

Hafta.az-ın “Habertürk”ə istinadən yazdığına görə, məhkəmə iddianı rədd edib.

2004-cü il fevralın 8-də vəfat edən Cem Karaca ömrünü təkcə musiqisi ilə deyil, ailəsindən, sevgilərindən, itkilərindən, həsrət və görüşlərindən, ictimai mübarizəsindən bəhs edən “Cem Karacanın Gözyaşları” filminin çəkilişlərinin qarşısını almaq üçün onun dördüncü həyat yoldaşı İklim Karaca məhkəməyə müraciət edib.

Məhkəmə ilk qərarını verib.

Avqust ayında filmlə bağlı video, fotoşəkil, treyler və film qeydləri kimi bütün vizual və səs qeydlərinin yayımlanmasının qarşısının alınmasına dair qərarın dayandırılması tələbi məhkəmə tərəfindən rədd edilib.

“Fikri Harika Productions” və “Aytaç Medya”nın birgə istehsalı olan və Cem Karacanın oğlu Əmrah Karacanın məsləhətləri ilə çəkilən film sənətçinin sürgün edildiyi Almaniyadan Türkiyəyə qayıtmasına qədərki həyatından bəhs edir. Film Cem Karacanın musiqi irsini və şəxsi hekayəsini yeni nəslə çatdırmaq missiyasına malikdir.

Cem Karacanı İsmail Hacıoğlunun canlandırdığı və yanvarın 26-da ekranlara çıxacaq "Cem Karacanın Gözyaşları" filmində Fikrət Kuşkan ata Məhmət Karacanı və Yasəmin Yalçın ana Toto Karaca obrazını yaradıblar. Həmçinin filmdə Melisa Aslı Pamuk, Meral Çətinkaya, Melisa Döngəl, Buçə Busə Kahraman, Kubilay Tuncər, Alpər Saldıran iştirak edib.