Mərakeşdə zəlzələnin uçurduğu 900 illik məscid bərpa olunacaq

09:50 25.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 8-də Mərakeşdə baş verən zəlzələdə zədələnən 900 illik tarixi Tinmel məscidi bərpa olunacaq.

Hafta.az-ın yazdığına görə, Mərakeşin mədəniyyət və kommunikasiya naziri Əl-Muhənnəd bin Səid zəlzələnin episentri Mərakeş şəhəri yaxınlığında - Atlas dağlarında yerləşən və zəlzələ nəticəsində ciddi ziyan dəymiş Tinmel məscidinə və digər tarixi binalara baş çəkib. Səfərdən sonra verdiyi yazılı açıqlamada Bin Səid zəlzələdən zərər çəkmiş tarixi yerlərin real vəziörüb qiymətləndirmək üçün səfərləri həyata keçirdiyini qeyd edib.

"Tarixi Tinmel məscidini ziyarət etdim və onun bərpası üçün lazımi işlər gələn bazar ertəsi günündən etibarən başlayacaq", - o deyib.

1148-ci ildə Şimali Afrika və Əndəlüsdə hökmranlıq edən Bərbərlər sülaləsi olan Əl-Mühədlər Dövlətinin qurucusu Əbdülmümin bin Əlinin dövründə inşa edilən Tinmel məscidi 9 əsrdir ki, fəaliyyət göstərir.

Ölkədə baş verən zəlzələ “Tinmel”lə yanaşı bir çox şəhərlərdəki bəzi məscidlərə və əsrlərlə yaşı olan tarixi mədəni irs obyektlərinə böyük ziyan vurub.

Oxunma sayı 299