Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib - FOTO

17:46 14.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Bankda milli mətbuatın yaranmasının 148-ci ildönümü ərəfəsində - 13 və 14 iyul tarixlərində media nümayəndələri üçün növbəti təlim təşkil olunub.

Hafta.az xəbər verir ki, təlimdə Mərkəzi Bankçılıq, qlobal iqtisadi çağırışlar və həllər, inflyasiya: mahiyyəti və səbəbləri, gəlirlilik əyrisi, Mərkəzi Bankın not hərracları, investisiya məqsədli qızıl pul nişanlarının tədavülü mövzularında təqdimatlar keçirilib. Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Təlimdən sonra iştirakçıların sədr Taleh Kazımovla görüşü keçirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.