Kəbənin yaxınlığındakı Kral Əbdüləziz qapısının ətrafındakı minarələrə iki yeni aypara quraşdırılıb.
Hafta.az-ın yazdığına görə, karbondan hazırlanmış daxili dəmirlə hörülmüş, təsiredici ayparalar qızıl təbəqələrlə süsləndirilib.
Harameyni Şərifeyn İşləri Baş İdarəsinin Layihələr və Mühəndislik Araşdırmaları Deportamentinin müşaviri Məhəmməd əl-Vekdani, ayparaların İslam və Kəbə memarlığında ən diqqət çəkən xüsusiyyətlərdən biri olduğunu söyləyib.
Harameyni Şərifeyn İşləri Baş İdarəsinin rəhbəri Dr. Əbdürrəhman əs-Sudeys iki minarənin quraşdırılması işlərinin müxtəlif tərəfdaş qurumlarla koordinasiya əsasında aparıldığını bildirib.
Məscidül-Haramın Kəbədən başqa 13 minarəsi ilə yanaşı, Səfa və Mərvə təpələri, Kəbə, Hacərul Əsvəd, Zəmzəm Quyusu və Makamı İbrahim kimi əhəmiyyətli yerləri də var.