“The X-Files”in pərəstişkarları məşhur elmi-fantastik serialın 30-cu ildönümünü qeyd edirlər. Serialda David Duçovnı və Gillian Anderson paranormal və fövqəltəbii hadisələrlə bağlı açılmamış işləri araşdıran FTB agentlərini canlandırıblar.
Hafta.az-ın yazdığına görə, 1993-cü ildə premyerasından sonra “The X-Files” cəmi 11 mövsüm yayımlanıb, 1998 və 2008-ci illərdə iki davam filmi çəkilib.
“The X-Files” filminin Fox-da premyerasından 30 il sonra Kris Karterin yaratdığı elmi-fantastik serialın pərəstişkarları mühüm hadisəni qeyd etmək üçün Twitter-ə axışıblar. Bir Twitter istifadəçisi öz hesabında serialın ilk treylerini paylaşılıb və yazıb: "FOX-un 1993-cü ilin payızında yayımlanan yeni serialının ilk treyleri hər şeyi sonsuza qədər dəyişdirəcək. 30 il əvvəl bu gecə “The X-Files” üçün son işlər görülürdü".
"The X-Files” termininin özü "Beam me up, Scotty" kimi bir şeyə çevrildi" deyən Çikaqodakı DePaul Kommunikasiya Məktəbinin Media və Populyar Mədəniyyət professoru Pol But bildirib.
“The X-Files” əsasən FTB agentləri Mulder və Skulli ətrafında fırlanırdı. Süjet serialın davam edən mifologiyasının özəyini təşkil edən yadplanetlilərin və UFO-ların tədqiqi, həmçinin "Həftənin canavarı" kimi tanınan epizodların mərkəzindəki müxtəlif canlılar və sirlər arasında növbələşirdi.
Mulderin mömin, Skullinin isə skeptik olduğu serialda tamaşaçılar tez-tez qorxunc hekayələrlə, eləcə də iki agentin münasibətlərinin mahiyyəti ilə bağlı suallar da daxil olmaqla çətin xarakter dinamikası ilə qarşılaşırdılar.
Şimali Karolinadakı Appalaç Dövlət Universitetinin baş müəllimi Don Presnell, "Bu, 20-ci əsrin son 10 ilini əhatə edir, ona görə də əsrin sonundakı qeyri-müəyyənlik vardı" deyib.
Mulder və Skulli ikonik duet olmağa davam etsə də, amerikalı kinorejissor Rayan Kuqlerin “The X-Files” filmini yenidən çəkəcəyinə dair məlumatlar da var. Ancaq bunun necə formalaşacağı hələ bəlli deyil. Bununla belə, həm tənqidçilərə, həm də pərəstişkarlarına aydındır ki, “The X-Files” uzun illər davam edəcək serialdır.