Səudiyyə Ərəbistanı Krallığının İnformasiya Nazirliyinə yeni rəhbər təyin olunub.
Hafta.az-ın yazdığına görə, yeni İnformasiya naziri "Sərkul Avsat"ın keçmiş baş redaktoru və yazarı, təcrübəli jurnalist Salman Dusaridir.
Dusari, 90-cı illərin sonlarında başlayan yayım siyasətləri yaratmaq səylərini bu dəfə media siyasəti yaratmaq vəzifəsi ilə əvəz etməli olacaq. Bu təyinat məhz “Şarkul Avsat”ın ikinci dəfə Nazirliyə rəhbərliyi olacaq. Belə ki, “Şarkul Avsat”ın yazarlarından olan jurnalist Adel ət-Tarifi 2015-ci ildə Mədəniyyət və İnformasiya naziri vəzifəsini icra edib.
Bəs Salman Dusari kimdir? Menecment və iqtisadiyyat üzrə məzun olan Dusarinin peşəkar karyerası 1998-ci ildə Səudiyyə Ərəbistanı Araşdırma və Marketinq Qrupunda (SRMG) başlayıb. Jurnalistikaya ilk olaraq SRMG nəzdində “Əl Eqtisadiah” qəzetində müxbir kimi başlayan Dusari, daha sonra “Şarkul Avsat” ailəsinə qatılıb.
Bir çox dövlət başçıları, siyasi liderlər, parlament və hökumət rəsmiləri ilə maraqlı müsahibələr edən Dusari yerli, regional və beynəlxalq hadisələri də izləyib. O, 2006-cı ildə “Sarkul Avsat” qəzetinin tərkibində Birləşmiş Ərəb Əmirliklərinin ofisinin redaktorluğunu öz üzərinə götürüb, daha sonra Londondakı baş qərargahında baş redaktor müavini vəzifəsində çalışıb.
Bundan sonra karyerasının ilk illərinə başladığı qardaş qəzeti “Əl-Eqtisadiah”ın baş redaktoru olan Dusari 2014-cü ildə “Şarkul Avsat”a qayıdıb və baş redaktor vəzifəsini icra edib.
Dusari ruhu və qələmi ilə vətəni müdafiə edən jurnalist olmaq üçün 2016-cı ildə Londondan Ər-Riyada qayıdıb.
Səudiyyəli jurnalist o zaman yazdığı məqalədə bu məşhur cümləni qeyd edib: “Ölkəmi təhqir edib məni tərifləməkdən milyon dəfə yaxşı bir şey var: mən ölkəmi tərifləyirəm, onlar isə məni alçaldırlar”.
Ər-Riyada qayıtdıqdan sonra Dusari, redaksiya şəxsiyyətlərinin formalaşdırılmasına və ictimai siyasətə töhfə verərək, “Əl-Ərəbiyyə” və “Əl-Hədas” xəbər kanallarının redaksiya şuralarının üzvü olub. Bu dövrdə “Şarkul Avşat”da bölgənin keçdiyi mərhələ ilə bağlı milli şüuru əks etdirən köşələr yazmağa davam edib.
Bu da illərini verərək çəkdiyi zəhmətin bəhrəsi: Səudiyyə ərəbistanı Kralı Salman onu məhz “Hədəf 2030” la ayaqlaşacaq qabaqcıl media sektoru qurmaq üçün İnformasiya naziri təyin etdi…