Məşhur repçi koronavirusdan öldü

19:34 08.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyaca məşhur "Ty" ləqəbli repçi Ben Chijioke dünyasını dəyişib.

Hafta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Koronavirus pandemiyasına yoluxan 48 yaşlı musiqiçi ötən gün həyatını itirib. Məlumata görə, aprelin 1-də COVID-19 diaqnozu ilə xəstəxanaya aparılan "TY" daha sonra komaya düşüb.

Bir neçə gün sonra vəziyyəti yaxşılaşan Chijioke reanimasiyadan çıxarılıb. Lakin o, anidən vəfat edib.

Oxunma sayı 1257