Məşhur sitkom 24 ildən sonra başa çatır

10:43 09.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Larri Devidin təxminən 25 illik fikir ayrılıqları, döyüşləri və çılğınlıqlarından sonra “Curb Your Enthusiasm” son seriyasını bazar günü yayımlayıb.

Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, Emmy mükafatını qazanan improv komediyasının son epizodu final mövsümünün necə başladığını xatırlatmaqla başlayır. 12-ci mövsümün 10-cu epizodunda "No Lessons Learned'de", dostları məhkəmə zalında Larri Devidi dəstəkləmək üçün Atlantaya gedirlər.

12-ci mövsüm Larrinin səs vermək üçün növbədə gözləyən Ray xalasına bir stəkan su verərək Gürcüstan qanununu pozduğuna görə həbs olunması ilə açılıb.

David qanundan xəbərdar olmasa da, o, liberal pop mədəniyyət qəhrəmanına çevrilirdi və hətta Stakey Abrams, Bruk Springstin və Sienna Miller kimi pərəstişkarları vardı.

Məhkəmə səhnəsi Davidin Cerri Seynfeldlə yaratdığı məşhur sitkom “Seinfeld”in mübahisəli finalına istinad idi.

B.Smoovun canlandırdığı Leon, hətta məhkəmədə Larri Devidə "Sənin haqqında dəhşətli şeylər eşitdim. Eşitdim ki, hər şeyi alt-üst etmisən" deyərək “Seinfeld”in finalına işarə edib.

“Seinfeld”in son hissəsində serialın dörd əsas personajı Cerri, Corc, Elayn və Kramer məhkəmə qarşısına çıxarılaraq, əvvəlki epizodlarda yolları kəsişdiyi bir çox şahidlə qarşılaşıblar.

İlk dəfə 2000-ci ildə yayımlanan HBO komediyası “Curb Your Enthusiasm” 2011-2017-ci illər arasında 6 illik fasilə də daxil olmaqla 24 il efirdə olub.

Hit sitkomun yaradıcısı Seinfeld, serialı necə bitirmək barədə qərarın uzunmüddətli bir fikir olmadığını, "bu mövsüm erkən ortaya çıxan" bir şey olduğunu söyləyib.

Sitkomun ulduzlarından biri, icraçı prodüser Ceff Qarlin yanvarın sonunda keçirilən premyera tədbirində deyib: “Hər il geri qayıtmamaq şansımız olurdu, hər il”.

Bununla belə, 61 yaşlı komediyaçı və aktyor Qarlin onu da əlavə edib ki, keçmişdə şounun yaradıcısı və ulduzu Larri Devid heç vaxt “Bu, son mövsümdür” deməyib, o, bunu bu il deyib və hər şey mənalı olacaq”.

Oxunma sayı 248