Məşhur teleaparıcı müalicə olunduğu xətəxanada vəfat edib

10:35 18.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

TRT-nin veteran adı idi, illərdir "Eurovision" Mahnı Müsabiqəsi təqdim edən teleaparıcı Bülənt Özverən İstanbulda müalicə aldığı xəstəxanada 79 yaşında dünyasını dəyişib.

Hafta.az-ın yazdığına görə, o, TRT-nin unudulmaz diktorlarından olub, gözəl türkcəsi və özünəməxsus üslubu ilə tamaşaçıların yaddaşında silinməz izlər qoyub.

Bir müddət reanimasiya şöbəsində müalicə alan Bülənd Özveren dünyasını dəyişdi, həyat yoldaşı Sebla Özverən Twitter hesabından "Çox üzgünəm. Bülənti itirdik. Başsağlığı veririk" sözlərini yazıb.

1943-cü ildə İstanbulda anadan olan Bülənt Özverən hüquq fakültəsini bitirib. 1965-ci ildə TRT ekranında aparıcı kimi ilk addımını atıb və bir müddət idman diktoru kimi fəaliyyət göstərib.

1975-2012-ci illərdə "Eurovision" Mahnı Müsabiqələrini TRT ekranlarında tamaşaçılara yayımlayıb. O, həm də bilik yarışlarının əvəzsiz aparıcıları sırasında idi. "Ben Bilir", "Banko" və "Joker" viktorina proqramları təqdimatı ilə ekrana gəlib. O, diktor və aparıcı kimi mühazirələr oxuyub.

Bülənt Özverən TRT-dən ayrılsa da, telekanalda işləməyə davam edərək, canlı müsabiqə proqramlarını hazırlayıb təqdim edib.

Fransız və ingilis dillərini yaxşı bilən Bülənt Özverən mühazirələr oxuyaraq və aparıcılarla təcrübələrini gənclərlə bölüşüb. Müxtəlif universitet və təşkilatlarda effektiv və yaxşı türkcə danışıq mövzusunda konfranslarda iştirak edib.