Mətbuat Şurasının İH-nin üzvü Türk İnternet Media Birliyinin İH-nin üzvü seçilib

19:14 15.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türk İnternet Media Birliyinin (TİMBİR) Ankarada Birinci Qurultayı keçirilib.

Mətbuat Şurasından hafta.az-a bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi təbrik məktubunun oxunması ilə başlayan qurultayda TİMBİR-in yeni İdarə Heyəti formalaşdırılıb. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər də TİMBİR İdarə Heyətinin üzvü seçilib.

Qeyd edək ki, Türk İnternet Media Birliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cari il martın 7-də imzaladığı sərəncam ilə qurulub. TİMBİR 104 qurucu üzvü və 1000-dən internet saytını özündə birləşdirməklə bərabər, 15 ölkədə fəaliyyət göstərir.

Qurumun gələcək hədəflərində əsas məqsəd dünyanın müxtəlif ölkələrinin internet xəbərçiliyi ilə məşğul olan quruluşlarını birliyə cəlb etməkdir.