Milyon dollarlıq Van Qoq tablosuna şorba atdılar

18:03 14.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Van Qoqun tablosu da iqlim fəallarının etirazından öz payını alıb. Etirazçılar Londonda Milli Qalereyada nümayiş etdirilən Vinsent Van Qoqun “Günəbaxanlar” tablosunun üzərinə pomidor şorbası atıblar.

Hafta.az bildirir ki, sosial media İngiltərənin paytaxtı Londondan olan görüntüdən danışır.

İqlim fəalları Milli Qalereyada nümayiş etdirilən Vinsent Van Qoqun “Günəbaxanlar” tablosunu hədəfə alıblar.

İngilis Guardian qəzetində yer alan xəbərə görə, etirazçılar tablonun üzərinə pomidor şorbası atıblar. Aksiyaya imza atan fəallardan birinin “Sənət, yoxsa həyat daha dəyərli?” qışqırması eşidilib.

Həmin anlar saniyə-saniyə lentə alınarkən, video sosial şəbəkələrdə yayılıb. Just Stop Oil ekoloji təşkilatının bu hərəkətindən sonra səlahiyyətlilər rəsmin nümayiş olunduğu otağı boşaltdılar.

Etiraz nəticəsində şüşə ekranla qorunan tablonun zədələnmədiyi bildirilir.

Keçmişdə iqlim fəalları İntibah dövrü rəssamı Botiçellinin 650 illik Primavera tablosuna yapışıblar.