Minatəmizləmə əməliyyatlarına siçovullar cəlb ediləcək

16:26 06.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycana Bosniya və Herseqovinadan və CAR-dan sapyor siçovullar gətiriləcək.

Bu barədə hafta.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindəki (ANAMA) mənbədən bildiriblər.

Müsahibin sözlərinə görə, sapyor siçovulların gətirilməsi BMT-nin İnkişaf Proqramı çərçivəsində həyata keçiriləcək.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi üçün 4,25 milyon avro dəyərində yardım ayırıb.