Mosfilmin 100 yaşı var: Bütün zamanların ən yaxşı filmi seçildi

11:45 29.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Klassik sovet filmlərinin memarı olan Rusiyanın “Mosfilm” studiyası yaranmasının 100-cü ildönümündə bütün zamanların “ən yaxşı filmi”ni seçib.

Hafta.az-ın News.ru-ya istinadən yazdığına görə, rejissor Aleksandr Serinin çəkdiyi “Şanslı cənablar” (“Djentilmeni Udachi”) filmi “Mosfilm”in ən yaxşı filmi adını alıb.

“Mosfilm”in mətbuat xidmətindən verilən açıqlamada 1972-ci ildə çəkilmiş filmin 65 milyon izləyici ilə ən yüksək tamaşaçı sayına çatdığı bildirilib.

İkinci və üçüncü yerlərdə Leonid Qaydayın "Brilliant əl" və "I əməliyyatı" filmləri qərarlaşıb.

Yanvarın 30-da “Mosfilm” kinostudiyasının yaranmasının 100 illiyini qeyd edəcək.