Moskva Film Festivalı başlayıb

09:10 22.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cümə günü Moskvada açılan bir həftəlik 46-cı Moskva Beynəlxalq Film Festivalı (MIFF) aprelin 26-dək davam edəcək. Açılış mərasimində Oskar mükafatlı rusiyalı rejissor Nikita Mixalkov festivalın münsiflər heyətinə sədrliyi islandiyalı rejissor Fridrik For Fridrikssona həvalə edib.

Hafta.az-ın yazdığına görə, bu il festivalda 60 ölkədən 240 film iştirak edir.

MIFF-in açılış filmi ötən il Venesiya və Torontoda keçirilən festivallarda iştirak edən Meksikanın “Açıq Səma” filmi olub.

Türkiyəni Moskva Beynəlxalq Film Festivalının əsas müsabiqəsində Murat Düzgünoğlunun ssenari müəllifi və rejissoru olduğu “İtlə Qurd Arasında” filmi təmsil edəcək. Film aprelin 24 və 25-də nümayiş etdiriləcək və biletləri onlayn əldə etmək olar. Dünya premyerasını festivalda edəcək filmin aktyor heyətində Mücahit Koçak, Ali Seçkinər Alıcı, Eylül Soğukçay, Can Seçki və Bülənt Düzgünoğlu yer alır.

Hazırlanması üç ilə yaxın vaxt aparan, çəkilişləri İstanbul və Bitlisdə aparılan filmin payızda ekranlara çıxacağı gözlənilir.

Oxunma sayı 218