Bu gün seçicilər seçki məntəqələrinə gələrək öz hüququndan istifadə edə bilərlər.
Hafta.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
MSK sədri seçiciləri seçkilərdə aktiv olmağa da çağırıb: “Mən seçiciləri seçkilərdə aktiv olmağa çağırıram. İndiyə qədər qeydiyyatla bağlı MSK-ya müraciət daxil olmayıb”.
Bütün məntəqələr səsvermə prosesinə hazırdır. Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bütün məntəqələrdə müşahidəçilər və KİV işçilərinin peşə fəaliyyətini qanunvericiliyin tələbinə uyğun həyata keçirmək üçün bütün şərait yaradılıb: “Həmçinin hər bir şəxs MSK-nın rəsmi saytına daxil olaraq seçkiləri onlayn izləyə bilər. Hesab edirəm ki, seçki prosesinin şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb”.
Son illər seçkilərlə bağlı şikayətlərin sayı kəskin şəkildə azalıb. Bunun səbəblərindən biri isə bizim apardığımız maarifləndirmə tədbirləridir.
Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, şəffaflıq maksimum səviyyədə təşkil olunub: “Əgər hansısa bu və ya digər xoşagəlməz hallarla bağlı MSK-ya müraciət daxil olarsa, dərhal Seçki Məcəlləsinin tələbinə uyğun olaraq addımlar atılacaq. İndiyə qədər MSK-ya hansısa rəsmi müraciət daxil olmayıb. Ancaq qaynar xətt vasitəsilə müəyyən müraciətlər daxil olub. Onlar da texniki xarakter daşıyıb və dərhal həllini tapıb. Biz bütün imkanlardan istifadə edirik ki, xoşagəlməz hallar baş verərsə, onlar namizədlərin xeyrinə həll olunsun”.