Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun vaxtı uzadıldı

16:08 05.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirməyə elektron sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə hafta.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proses 6 oktyabr saat 23:59-dək davam edəcək.

Qeyd edək ki, yerləşdirmədə iştirak etmək istəyən namizədlər 2 oktyabr saat 18:00-dan  5 oktyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməli idirlər.