Narkotik çəkib avtomobil idarə edən sürücü həbs edildi

11:19 10.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda narkotik istifadə edib avtomobil sürən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, yol polisləri fevralın 9-da Binəqədi rayonu ərazisində postda Rüstəm Müslümovun idarə etdiyi “Haval” markalı avtomobili saxlayıb. Onun narkotik vasitənin təsiri altında olması müəyyən edilib və avtomobil duracağa yerləşdirilib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.2-ci maddələrinə əsasən protokol tərtib olunub. Binəqədi rayon məhkəməsinin qərarı ilə R.Müslümov 2 il sürücülük hüququndan məhrum edilərək 8 gün inzibati həbs olunub.