Naxçıvanın Ali Məclisində yeni komissiyalar yaradılır

21:37 30.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikası Ali Məclisində yeni komissiyaların yaradılması planlaşdırılır.

Hafta.az xəbər verir ki, yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 2 fevral tarixində keçiriləcək ilk iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planının təsdiqi

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının yaradılması

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması