Mükafatlı aktrisa Culiya Qarner qarşıdan gələn “Blumhouse” və “Universal”ın birgə istehsalı olan “Wolf Man” filmində baş rolu oynayaraq qorxu janrına addım atmağa hazırlaşır.
Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, Qarner Netflix-in mükafatlı seriallarından olan “Ozark”ın 29 yaşlı ulduzu Kristofer Abbottla birlikdə layihədə rol alacaq.
Nyu-York əsilli aktrisa və yunan rejissor Yorgos Lanthimosun hit filmi "Poor Things"də rol alan aktyor, daha əvvəl 2011-ci ildə "Marta Marcy May Marlene" filmində birlikdə çalışmışdılar.
Bu il oktyabrın 25-də nümayişi planlaşdırılan film Qarnerin ailəsini ölümcül yırtıcıdan qorumağa çalışan personajından bəhs edir.
“Wolf Man” filminin rejissorluğu planlaşdırılan Leigh Vhannell, tənqidçilərin rəğbətini qazanmış 2020 “Invisible Man” və “2015 Insidious: Chapter 3” kimi qorxu layihələri ilə tanınır.
Filmin prodüseri “Blumhouse”un yaradıcısı Ceyson Blum, icraçı prodüserlər arasında isə “Barbie” ulduzu Rayan Qoslinq də var. Qoslinqin də filmdə rol alacağı gözlənilirdi, lakin aktyor layihəni tərk edib və onun yerinə 37 yaşlı Abbot çəkilir.
Culiya Qarner Netflix-in 2017-2022-ci illərdə yayımlanan “Ozark” dram serialındakı Rut Lenqmor rolu ilə tanınır. Aktrisanın təsirli performansı ona üç “Emmy” mükafatı və “Qızıl Qlobus” qazandırıb.