Omandakı məzardan tunc dövrünə aid gümüş zinət əşyaları tapılıb

21:14 16.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Omanda qədim zinət əşyaları tapılıb Bu barədə Omanın İrs və Turizm Nazirliyi məlumat yayıb.

Arxeoloji işlərə Sultan Qabus Universitetindən Naser Əl-Cahuri rəhbərlik edib. Şimali Əl-Batina əyalətində Dahva arxeoloji ərazisində qazıntılar aparılıb. Alimlər deyirlər ki, “Dəhva arxeoloji ərazisi tədqiqatların müxtəlif dövrlərində aşkar edilmiş arxeoloji tapıntıların təbiətinə və sayına görə Əl-Batina düzündə erkən tunc dövrünün mühüm yerlərindən biri hesab olunur”.

Mütəxəssislər bu dəfə qazıntılar zamanı eramızdan əvvəl III minilliyə aid inzibati binaların, ritual tikililərin, türbənin, anbarların, mis filizi emalı infrastrukturunun və gümüş zinət əşyalarının qalıqlarını aşkar ediblər. Bəzəklər arasında Umm ən-Nar mədəniyyətinə (e.ə. 2600-2000) aid muncuq və gümüş üzüklər olan boyunbağılar var idi, lakin üzüklərdən biri ümumi cərgədən seçilir və o dövrdə uzun məsafəli ticarətin mövcudluğundan xəbər verir. O, Hind vadisində mövcud olmuş Harappa sivilizasiyasının möhürünü daşıyır. Qədim ticarət yolları üzrə italyan mütəxəssisi doktor Dennis Frienzin sözlərinə görə, “Aşkar edilmiş gümüş üzük çox güman ki, Mesopotamiyada Anadolu gümüşündən Hind vadisi sivilizasiyaları ilə müntəzəm ticarət edən bir adam üçün hazırlanmışdır. Bu, tarixdən əvvəlki Avrasiyada yaxşı inkişaf etmiş ticarət əlaqələrinin mövcudluğuna işarə edir”.