Yazını böyüt
Yazını kiçilt
2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində ikinci dəfə keçirilən "Milyonun Şairi" proqramında iştirakından sonra ərəb mədəniyyət səhnəsində sürətlə yüksələn omanlı şairə Hilalə əl-Həmdani dünən səhər saatlarında 33 yaşında dünyasını dəyişib.
Hafta.az-ın yazdığına görə, 1990-cı il təvəllüdlü Hilalə üç gün əvvəl ilk körpəsini dünyaya gətirdikdən sonra dünən insult keçirib və saatlar sonra dünyasını dəyişib.
Klassik və nəbati şeirlər yazan atasının təsiri ilə Həmdaninin istedadı kiçik yaşlarında üzə çıxır.
Radioya verdiyi müsahibədə Hamdani Oman şairlərinin nümayəndəsi olmaqdan qürur duyduğunu və hər forumda Oman qadınlarını onlara yaraşan şəkildə təmsil etmək istədiyini bildirmişdi.