Ötən ay 3000-dən çox şəxsə əlillik təyin olunub

16:26 21.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar ayında 3,1 min şəxsə əlillik təyin edilib.

Bu barədə hafta.az-a nazirlikdən xəbər verilib.

Bildirilib ki, onlardan 1,4 mininə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb.

Həmçinin Agentliyin reabilitasiya müəssisələrində ötən ay 5,1 min şəxsə reabilitasiya xidməti göstərilib, 1038 şəxsə 4 952 reabilitasiya vasitəsi verilib.