Perinatal Mərkəzdən Yeni Klinikaya təxliyə edilənlərin vəziyyəti açıqlanıb

14:29 09.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublika Perinatal Mərkəzdən Yeni Klinikaya 5 hamilə, 9 zahı və 16 yenidoğulmuş təxliyə edilib.

Hafta.az xəbər verir ki, bunu apa-ya Yeni Klinikanın Neonotologiya şöbəsinin müdiri Əkbər Quliyev deyib.

O bildirib ki, klinikaya təxliyə olunanların hər birinin vəziyyəti stabildir:

“Təxliyə olunanlara bütün zəruri müdaxilələr edilib. Yeni Klinikanın aidiyyəti şöbələri səfərbər olaraq pasiyentlərin Perinatal Mərkəzdəki həkimləri ilə koordinasiyalı şəkildə müalicələrini davam etdirirlər”.