Yazını böyüt
Yazını kiçilt
Artıq bir neçə gündür ki, axşam saatlarında ölkənin bəzi şəhər və rayonlarında komendant saatı tətbiq edilir. Bununla əlaqədar polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxt Bakı ilə yanaşı, bölgələrdə də postlar qurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, cəbhəyanı bölgələrdə polis əməkdaşları ictimai-asayişi təmin etmək üçün sutka ərzində xidmətlərini yorulmadan fasiləsiz davam etdirirlər.