Prezident və birinci xanım Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib

15:44 22.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün 81 yaşında vəfat edən Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Mövlud Süleymаnlı Şamaxıda dəfn olunub.

Hafta.az xəbər verir ki, Xalq yazıçısının cənazəsi günorta saatlarında Şamaxıya gətirilib, rayonun Kərkənc kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib. Əklil mərhum yazıçının məzarı üstünə qoyulub.

Oxunma sayı 132