Prezidentin Təhlükəsizlik Xidməti humanist yanaşma nümunəsi göstərib - Rəy

10:33 24.02.2026
Yazını böyüt
Yazını kiçilt

“Təhlükəsizlik zonalarına qanunsuz daxilolmada yanaşma fərqi sual doğurur. Ümumiyyətlə, bu yanaşma fərqinin müzakirə mövzusuna çevrilməsi sual altına alıb".

Hafta.az xəbər verir ki, Siyasi ekspert Bəhruz Quliyev bu fikirləri Azərbaycan Prezidentinin Sülh Şurası çərçivəsində ABŞ-a səfəri zamanı qaldığı otelin qarşısına toplaşan təxribatçı qrupla bağlı baş vermiş insidentə münasibət bildirərkən səsləndirib.

B.Quliyev paralellər apararaq xarici KİV-lərdə ABŞ Prezidenti Donald Trampın Mar-a-Lago iqamətgahının təhlükəsizlik zonası hesab olunan ərazisinə daxil olan bir şəxsin güllələnməsi barədə yayılan məlumatlara diqqət çəkib. O qeyd edib ki, həmin şəxsin kimliyi hələlik ictimaiyyətə təqdim edilməyib. Ekspert “hadisələrin müqayisəsi fonunda təhlükəsizlik zonalarına qanunsuz daxilolma cəhdlərinə münasibətdə yanaşma fərqi niyə müzakirə mövzusuna çevrilməlidir?” sualını irəli sürüb.

B.Quliyev bildirib ki, özlərini etirazçı kimi təqdim edən bir qrup şəxsin Prezidentin Təhlükəsizlik Xidməti tərəfindən ərazidən uzaqlaşdırılması daha humanist yanaşma nümunəsidir:

"Yayılan videogörüntülərdən də aydın görünür ki, Prezidentin mühafizəçiləri şüar səsləndirən və çəkiliş aparan şəxslərə müdaxilə etməyib. Müdaxilə yalnız təhlükəsizlik zonasına daxilolma cəhdinə qarşı həyata keçirilib. Hadisələrin müqayisəsi fonunda sual yaranır: təhlükəsizlik zonalarına qanunsuz daxilolma cəhdlərinə münasibətdə yanaşma fərqi niyə müzakirə mövzusuna çevrilməlidir? Dinc etiraz və şüar səsləndirmək hər bir vətəndaşın qanuni hüququdur. Lakin xüsusi mühafizə olunan əraziyə icazəsiz daxil olmaq, təxribat xarakterli davranış sərgiləmək və ictimai qaydanı pozmaq hüquqi məsuliyyət yaradır. Etirazın da müəyyən edilmiş hüquqi çərçivəsi, qaydaları və məkan məhdudiyyətləri mövcuddur. Dövlət, təhlükəsizlik məsələlərində riskə yol vermir. Dövlət mexanizmi sistemli şəkildə fəaliyyət göstərir və Prezidentin təhlükəsizliyi dövlət təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir”.

Tahirə Qafarlı