“Prison Break” ulduzundan serialın remeykinə ilk reaksiya

10:58 13.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Walt Disney Company”nin rəqəmsal yayım platforması “Hulu”, bir dövrə damğasını vuran “Prison Break”in fərqli aktyor heyəti və yenilənmiş ssenari ilə geri dönəcəyini açıqlayıb. “Prison Break” filminin ulduzu Dominik Purcell serialın qayıdışı ilə bağlı fikirlərini bölüşüb.

Hafta.az-ın yazdığına görə, 53 yaşlı Purcell məşhur serialda haqsız yerə ölümə məhkum edilən məhbusu canlandırıb.

Elgin Ceymsin yazdığı yeni serialda Purcellin xarakteri Linkoln Burrovs və onu həbsdən çıxarmaq üçün ətraflı plan quran qardaşı Maykl Skofildin rol almayacağı da açıqlanıb. Purcell bu xəbərə İnstaqramda paylaşım edərək reaksiya verib və ilk “Prison Break”in uğuruna görə pərəstişkarlarına təşəkkür edib.

Paul Skeuring tərəfindən çəkilən və 2005-ci ildə premyerası olan serialı "qeyri-adi bir hədiyyə" olaraq xarakterizə edən Purcell, serialın uğuruna necə təəccübləndiyini açıqlayıb və "həyatının o fəslinin bağlandığını" əlavə edib.

“Prison Break” mənim və mənə yaxın olanlar üçün qeyri-adi bir hədiyyə oldu. Xüsusilə də ailəm üçün. Mən onun həm burada, həm də qlobal miqyasda uğurlarından dərin qürur duyuram. Nadir hadisədir. Çox şanslı idim, bunu heç vaxt unutmamışam”, - o deyib.

Çoxlarına minnətdar olduğunu deyən aktyor sözlərini belə davam etdirib: "Bu uğuru mümkün etdiyiniz üçün hamınıza, xüsusən də dünyadakı pərəstişkarlarına təşəkkür etmək istəyirəm. Bu, məni gözlənilmədən tutan nailiyyətdir”.

Daha sonra yeni “Prison Break”ə toxunan Purcell bunları söyləyibi: "Bağlantıda “Prison Break”in mən və Ventvorf olmadan yeni versiyası istehsalın ilk mərhələsindədir. Onlara uğurlar arzulayıram. O fəsil bağlandı. Yeni səhifə açılır, yeni və real imkan doğulur".

“Prison Break” 2006-2009-cu illər arasında 4 mövsüm davam edib və sonra 2017-ci ildə 5-ci mövsümlə geri dönüb. Serialın ilk iki mövsümü böyük uğur qazansa da, sonrakı mövsümlər etibarlılıq həddini aşmaqda və ilk mövsümü bu qədər uğurlu edəni geri qaytara bilməməkdə günahlandırılıb.

Purcell ən son DC-nin “Legends of Tomorrow” serialında Mick Rori obrazını canlandırıb.

Oxunma sayı 266