Qaçaqmalçıların Türkiyədən çıxardığı artefaktlar geri qaytarılır

09:05 25.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ərsoy sosial media hesabında Türkiyədən qaçaqmalçılıq yolu ilə aparılan 10 tarixi əsərin ölkəyə qaytarılacağını açıqlayıb. Nazir Ərsoy Türkiyədən qeyri-qanuni yollarla çıxarılan 10 terrakota əsərinin Florensiyada İtaliya Mədəniyyət Polisi tərəfindən tutularaq Türkiyənin Romadakı səfiri Ömər Güçlük və nazirlik səlahiyyətlilərinə təhvil verildiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, nazir Ərsoy sosial media hesabından verdiyi açıqlamada, "Ölkəmizdən qaçaqmalçılıq yolu ilə gətirilən əsərləri aid olduqları torpaqlara qaytarmağa davam edirik. Qanunsuz çıxarılan 10 terrakota əsərimiz Florensiyada İtaliya Mədəniyyət Polisi tərəfindən tutuldu və Romadakı səfirimiz Ömər Güçlük və nazirliyimizin səlahiyyətlilərinə təhvil verildi. Bu sahədə sıx əməkdaşlıq etdiyimiz İtaliya səlahiyyətlilərinə təşəkkür edirəm" deyib.